Bazar ertəsi Rusiya neftinin “Dostluq” neft kəməri ilə Ukrayna ərazisi vasitəsilə Avropaya nəqli yenidən dayandırılıb.
Bu barədə Ukraynaın “Ukrtransnaft” şirkətindən bildiriblər.
Şirkətdən qeyd edilib ki, bazar ertsəi gecə saat 00:00-dan başlayaraq boru kəməri ilə neft nəqli bərpa edilsə də, bir qədər sonra neftin Avropa nəqli yenidən dayandırılıb. Həmin müddət ərzində 4 min ton neft nəql edildiyi bildirlir.
Neftin nəqlinini dayandırlmasının səbəbi olaraq texniki problemlər göstərilir.
© Trend