Ukraynalı hərbçilər Xəzər dənizində Rusiyaya məxsus “Oxotnik” hərbi gəmisinə zərbə endiriblər.
Bu barədə məlumatı Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvələri yayıb.
Məlumata görə, həmçinin Rusiyanın “Lukoyl” şirkətinin neft-qaz platformasına zərbə vurulub.
Hər iki hədəfə pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilib.
Dəymiş zərərin miqyası isə hələ məlum deyil.







