Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Azərbaycan arasındakı gərginliyə münasibət bildirib.
Bu barədə XİN sözçüsü Oleq Nikolenko danışıb.
O, tərəfləri gərginliyin diplomatik və siyasi yolla həllinə çağırıb:
“Rusiyanın vasitəçiliyi və Rusiya sülhməramlıların səyləri əhəmiyyətsizdir. Ukrayna sərhəddəki durumu diqqətlə izləyir. Biz tərəfləri beynəlxalq hüquq normalarına uyğun şəkildə gərginliyin siyasi-diplomatik yolla həllinə çağırırıq”, – XİN sözçüsü bildirib.