7 C
Baku
Sunday, December 15, 2024

Ukrayna XİN başçısı Aİ-ni Rusiyaya qarşı yeni sanksiyalar qoymağa çağırıb

Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə fransalı həmkarı Jan-İv Le Drian arasında telefon danışığı olub.

Bunu D.Kuleba tviterdə yazıb.

“Ukraynaya humanitar yardıma və maliyyə dəstəyinə görə həmkarıma təşəkkür etdim. Biz Avropa İttifaqının Rusiyaya qarşı 5-ci sanksiyalar paketinin hazırlanmasını müzakirə etdik. Rusiya Ukraynanı bombalamaqda, mülki insanlarımızı öldürməkdə davam edir. Ona görə də sanksiyalar artırılmalıdır”, – nazir vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər