Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın raket hücumları zamanı Kiyevdəki iki diplomatik nümayəndəliyə zərər dəyməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu barədə qurumun sözçüsü Oleq Nikolenko tviterdə yazıb.
O bildirib ki, bugünkü hücumlar zamanı Kiyevdəki 2 diplomatik bina hədəf alınıb: “Həmin binalara ziyan dəyib. Diplomatların həyatı təhlükəyə atılıb. Bu, müharibə cinayətidir”.
O.Nikolenko beynəlxalq ictimaiyyəti dinc sakinləri qorumaq üçün Ukraynanı müasir raketdən müdafiə sistemləri ilə təmin etməyə çağırıb.