11 C
Baku
Monday, November 25, 2024

Ukrayna yanvarın 1-dən öz ərazisindən neft nəqli tariflərini qaldırır

2023-cü il yanvarın 1-dən Kiyev Slovakiya və Macarıstan istiqamətində “Drujba” boru kəmərinin Ukrayna hissəsi ilə neft nəqli tarifini 18.3% qaldıracaq. Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Beləliklə, boru kəmərinin Ukrayna hissəsindən nəqletmə tarifi 2.1 avro artırılacaq – hər ton üçün 13.6 avroya qədər.

Hələ noyabr ayında “Bloomberg” xəbər agentliyi “Ukrtransneft”in məktubuna istinadən Kiyevin tarifləri artırmaq niyyəti barədə məlumat vermişdi. Belə hərəkətlərə səbəb enerji infrastrukturunun zədələnməsi və şəxsi heyət üçün təhlükəsiz iş şəraitinin təşkili və obyektlərin mühafizəsi ilə bağlı xərclərin artması olub.

Son xəbərlər
Digər xəbərlər