14 C
Baku
Saturday, November 23, 2024

Ukrayna yaxın günlərdə qlobal bazara taxıl ixracını reallaşdırmağa hazırlaşır

Ukrayna bu həftə qlobal bazara taxıl ixracını reallaşdırmağa hazırlaşır.

Bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov mətbuat konfransında deyib.

“Yaxın bir neçə gün ərzində İstanbulda koordinasiya mərkəzinin yaradılmasını gözləyirik. Daşımalara bu həftədən başlamaq üçün hər şeyi hazırlayırıq”, – ukraynalı nazir bildirib.

Onun sözlərinə görə, ixracın bərpasına əsas maneə Rusiyanın raket zərbələridir.

Kubrakov müqavilənin qarantı olan Türkiyə və BMT-ni Ukrayna karvanlarının təhlükəsizliyinə zəmanət verməyə çağırıb.

“Tərəflər təhlükəsizliyə zəmanət verməsələr, bu, işləməyəcək”, – nazir xəbərdarlıq edib.

Kubrakov vurğulayıb ki, ixrac prosesinə maneə yaradan Rusiyanın hücumundan qorunmaq üçün Ukrayna qüvvələri tərəfindən yerləşdirilən dəniz minalarıdır. Nazir bununla bağlı bildirib ki, minatəmizləmə ixrac üçün zəruri olan dəhlizdə aparılacaq. O əlavə edib ki, karvanları Ukrayna gəmiləri müşayiət edəcək və onlar təkcə taxıl deyil, həm də gübrə daşıya biləcəklər.

İnfrastruktur nazirinin müavini Yuri Vaskov isə bildirib ki, ixrac üçün ilk olaraq Çernomorsk limanı (cənub-qərb), ardınca Odessa (cənub), daha sonra Pivdenni (cənub – qərb) limanı fəaliyyət göstərəcək.

“Yaxın iki həftə ərzində biz Ukraynanın bütün limanlarından taxıl ixrac etməyə texniki cəhətdən hazır olacağıq”, – o diqqətə çatdırıb.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan bəri 25 milyon tona qədər Ukrayna taxılı Rusiyanın limanları blokadaya alması ilə qlobal bazara çıxa bilməyib. Bu taxıl qlobal ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər