Ukraynanın Xerson vilayəti bu gün raket atəşinə tutulub və nəticədə dağıntılar altında qalaraq xəsarət alanlar var.
Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Sinequbov məlumat verib.
İlkin məlumata görə, 7 nəfər xəsarət alıb və onların sırasında 13 yaşlı uşaq da var.
Həmçinin bildirilib ki, Rusiya Silahlı Qüvvələrinə məxsus S-300 zenit raket sistemindən açılan atəş nəticəsində Şevçenkovo qəsəbəsində ciddi dağıntılar var və dağıntılar altında qalanların xilas edilməsi üçün işlər davam etdirilir.