25 C
Baku
Friday, June 14, 2024

Ukrayna Zelenskinin ofisini təxliyə etməyə hazırlaşır

Donetsk Xalq Respublikasının (DXR) kəşfiyyatı Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin və Ali Radanın Lvova təxliyəsinə hazırlıq barədə məlumat alıb.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Bizim gizli kəşfiyyat məlumatlarımıza görə, Ukrayna rəhbərliyi Donbasda Ukrayna Silahlı Qüvvələrinin hücum qruplaşmasını yaradaraq, Ukrayna prezidentinin, Ali Radanın, Milli Təhlükəsizlik və Müdafiə Şurasının ofisini boşaltmağa hazırlaşır”, – deyə mesajda bildirilib.

Donetsk və Luqansk Xalq Respublikalarının nümayəndələri cümə axşamı səhər bildiriblər ki, Ukrayna silahlı qüvvələri onların mövqelərinə atəş açıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər