29 C
Baku
Thursday, September 4, 2025

Ukraynada 12 illik məktəb təhsil sistemi tətbiq ediləcək

Ukraynada məktəblərdə 12 illik təhsilin tətbiqi üzrə eksperiment bu il sentyabrın 1-dən başlayır.

Bu barədə Ali Radanın Təhsil Komitəsinin rəhbəri Sergey Babak özünün “Telegram” kanalında məlumat yayıb.

Qeyd olunub ki, bu, Ukraynanın Qərb dövlətləri ilə yaxınlaşması, Rusiya və Belarusa bənzəməməsi üçün edilir.

Eksperiment çərçivəsində Ukrayna məktəblərində yeni proqramların sınaqdan keçirilməsi aparılacaq ki, bu da onun sözlərinə görə, iki təhsil sahəsini, yəni akademik və peşəkar təhsili nəzərdə tutur.

12 illik sistemə keçmək zərurətini əsaslandıran Babak, xüsusilə, Ukraynanın Qərb dövlətləri ilə yaxınlaşmaq istəyini qeyd edib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər