6 C
Baku
Sunday, December 15, 2024

Ukraynada 15 ölkə üçün banknot kağızı istehsal olunur

Ukraynada 15 ölkə üçün banknot kağızı istehsal olunur. Xarici banknotlar üçün kağız Malin şəhərində yerləşən fabrikdə hazırlanır.

Banker.az “psm7.com” saytına istinadla xəbər verir ki, son iki il ərzində bu fabrik 1600 tondan çox yüksək müdafiə qabiliyyətinə malik banknot kağızı hazırlayaraq ixrac edib. Dünyanın artıq 15 ölkəsi fabrikə etdiyi sifarişlərini artıq alıb. Bu barədə Ukrayna Milli Bankının (UMB) mətbuat xidməti xəbər verir.

Ümumilikdə, müəssisə ildə 3500 tona yaxın banknot kağızı istehsal etməyə qadirdir. Müəssisə fəaliyyət göstərdiyi illər ərzində 50 növ kağız növü istehsal edib. İl ərzində fabrik cəmi 33 min ton yüksək təhlükəsiz kağız hazırlayıb.

UMB-dən bildiriblər ki, məhz bu fabrikdə dünyada ilk dəfə eni 4-6 millimetr olan xüsusi müdafiə qabiliyyətli “RAPID” müasir qoruyucu lentlə istehsal olunan seriya məhsulları hazırlanıb. Yalnız kağız hazırlanma mərhələsində 10-dək müdafiə elementi tətbiq edilə bilər. Fabrikin rəhbərliyi banknot kağızlarında Ukraynanın kətan liflərindən istifadə edilməsini fabrikin mühüm nailiyyəti hesab edir.

Son xəbərlər
Digər xəbərlər