Ukraynada Çerniqov vilayətinin Kryükov şəhərində Azərbaycan şirkətinə məxsus avtomobil və sürücüsü mühasirəyə düşüb.
Bu barədə İvano-Frankovsk vilayəti azərbaycanlılar Konqresinin sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov bildirib.
O, qeyd edib ki, Azərbaycanın “Volf transport” şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu Kryükovda Rusiya qoşunları tərəfindən mühasirəyə alınan şəhərdə artilleriya atəşi altındadır və həyatına təhlükə var.
Onunla bərabər Gürcüstan şirkətinə məxsus yük maşını və Türkiyyə vətəndaşı olan sürücüsü mühasirədədir. Azərbaycan vətəndaşı ilə bağlı müraciətlər etsələr də heç bir nəticəsi yoxdur.