6 C
Baku
Sunday, December 15, 2024

Ukraynada bahalı avtomobillər “su qiyməti”nə düşdü

Aprel ayının əvvəlindən Ukraynada bahalı elit avtomobilərin qiymətində kəskin azalma müşahidə olunur. Ukrayna KİV-nə istinadən bildirilir ki, 10 gündür VİP avtomobilini satmaq istəyənlərin sayı 20 faiz artıb. Ekspertlərin sözlərinə görə, indi minə yaxın VİP dərəcəli avtomobil satışa qoyulub.
Satıcıların sözlərinə görə, bahalı maşın sahibləri yaxşı vəziyyətdə olan yox, hətta 2014-cü il istehsalı olan ideal avtomobilləri də satırlar: Bunların arasında “Lamborghini”, “Range Rover” və “Maserati” də var. Məsələn, BMW X6-nı indi 4 min dollara almaq olar, halbuki 2013-cü ildə həmin avtomobil 66 min dollara satılırdı. O zamman dəyəri 84 min dollar olan “Range Rover” isə indi 8 min dollaradır. Digər məlumata görə, 2013-cü il istehsalı olan “Range Rover”i 210 min dollara alan sahibi indi onu yalnız 130 min dollara satıb.

Elit avtomobil sahibləri bunun səbəbini iqtisadi vəziyyətin stabil olmaması ilə izah edirlər.

Avtosalonlarda da yeni avtomobillərin dəyəri kəskin aşağı salınıb. Məsələn, məhdud sayda olan “Lamborghini Gallardo” əvvəl 280 min avroya satılırdısa, indi onu 210 minə almaq mümkündür. Bu maşın 2010-cu il istehsalıdır və artıq buraxılmır.

modern.az

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.