10 C
Baku
Wednesday, December 11, 2024

“Ukraynada baş verənlər bizim ümumi faciəmizdir” – Putin

Ukraynada baş verənlər bizim ümumi faciəmizdir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışında bildirib.

“Bizi qınamağa heç nə yoxdur. Biz Ukrayna xalqını həmişə qardaş xalq hesab etmişik. Mən hələ də belə düşünürəm. Baş verənlər təbii ki, bizim faciəmizdir. Bizim ümumi faciəmizdir. Amma bu, bizim siyasətimizin nəticəsi deyil. Həmişə buna – rus dünyasının dezinteqrasiyasına can atan başqa dövlətlərin, üçüncü dövlətlərin siyasətinin nəticəsidir. Onlar müəyyən dərəcədə buna müvəffəq oldular və bizi hazırda olduğumuz xəttə itələdilər”, deyə Putin vurğulayıb.

Rusiya prezidenti qeyd edib ki, Ukrayna ilə münaqişə qaçılmaz idi: “Bu gün olması, sabah olmasından yaxşıdır”, o deyib.

Putin Rusiyanmın keçmiş səhvlərini təkrar etməyəcəyini bildirib.

“Biz keçmişin səhvlərini təkrar etməyəcəyik, o zaman müdafiə qabiliyyətinin artırılması maraqları naminə lazım olan və lazım olmayan yerdə iqtisadiyyatımızı məhv etdik. Biz ölkənin militarizasiyası və iqtisadiyyatın hərbiləşdirilməsi ilə məşğul olmayacağıq”,deyə Rusiya prezidenti vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər