27 C
Baku
Bazar, May 29, 2022

Ukraynada dolların məzənnəsi müharibənin sonuna qədər dondurulub

Ukraynada dolların məzənnəsi müharibənin sonuna qədər 29,50 qrivna səviyyəsində dondurulub.

Bunu Ukrayna Milli Bankının sədr müavini Sergey Nikolayçuk “Экономическая правда”ya açıqlayıb.

Onun sözlərinə görə, Ukraynanın qələbəsindən sonra tədricən üzən məzənnəyə qayıdış olacaq.

“Milli Bank bunu iqtisadi sistemdə qəfil dəyişikliklərin və sarsıntıların qarşısını almaq üçün edir”, – deyə Nikolayçek qeyd edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başladığı ilk gün Ukraynada 1 dollar 29,25 qrivna olmuş və gündəlik 100 min qrivna məbləğində vəsaitin nağdlaşdırılmasına icazə verilirmişdi.

Son xəbərlər
Oxşar xəbərlər