25 C
Baku
Saturday, July 27, 2024

Ukraynada dünyada ilk olaraq “TikTok” fakültəsi açılıb

Kiyev Mədəniyyət Universitetində dünyada ilk olaraq “TikTok” sosial şəbəkəsinin fakültəsi açılıb.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Universitetin rektoru Mixail Poplavskinin sözlərinə görə, bu, ölkəyə yaradıcı və iddialı gəncləri cəlb edəcək trend layihədir.

“TikTok – yenilikçi və gəncdir, bu yeni bir fenomendir. Mənim missiyam onu ukraynalaşdırmaqdır. Fikrimcə, ukraynalıları bütün dünya tanımalıdır. Ukrayna dünyanı təəccübləndirəcək şeylərə sahibdir”, – deyə rektor fakültəni təqdim edərkən söyləyib.

Poplavski məzun olduqdan sonra tələbələrin müvafiq ali təhsil diplomlarını alacaqlarını vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər