11 C
Baku
Tuesday, November 26, 2024

Ukraynada enerji sisteminin bərpası yüz milyonlarla dollara başa gələcək

“Ukraynada münaqişə zamanı zədələnmiş ölkənin enerji sisteminin bərpası yüz milyonlarla dollar tələb edəcək”.

Bunu infrastruktur naziri Aleksandr Kubrakov deyib.

Onun sözlərinə görə, hazırda Ukrayna sovet dövründə tikilmiş enerji sisteminin elementlərinin bərpası üçün uyğun olacaq avadanlıq və material çatışmazlığı ilə üzləşib:

“Ölkənin bu vəsaitdən əlavə bir neçə yüz milyon dollar həcmində xarici yardıma ehtiyacı olacaq. Bu məqsədlər üçün Ukrayna büdcəsindən artıq pul ayrılıb. Çatışmayan transformatorların Litva və Polşadan alınmasına, eləcə də öz istehsalatlarının yaradılmasına cəhdlər edilir, çünki indi onların istehsalına bir neçə ay lazımdır”.

Energetika Nazirliyinin məlumatına görə, enerji infrastrukturuna dəyən ziyanla bağlı ölkədə istehlakçıların böyük əksəriyyətinin işıqsız qaldığını açıqlayıb. Həmçinin, Kiyevin nəzarətində olan hər üç atom elektrik stansiyası – Rivne, Xmelnitski və Cənubi Ukrayna – enerji sistemindən təcili olaraq ayrılıb. Bundan başqa, əksər istilik və su elektrik stansiyalarının enerjisi müvəqqəti olaraq dayandırılıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər