Ukraynada bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.
“İnterfaks”ın məlumatına görə, bunu ölkənin Baş Naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib.
Fövqəladə rejim aprelin 24-nə qədər davam edəcək.
Şmıqal ehtiyac olacağı təqdirdə fövqəladə vəziyyət müddətinin uzadıla biləcəyini istisna etməyib.