30 C
Baku
Friday, July 19, 2024

Ukraynada gələn il üçün hərbi xərclər $43 mlrd.-ı keçə bilər

Ukraynada 2024-cü il üçün hərbi xərclər 43 milyard dolları keçə bilər.

Bu barədə Ukrayna parlamentinin büdcə komitəsinin sədri Roksolana Pidlasa “Rada” telekanalının efirində deyib.

Pidlasa vurğulayıb ki, Kiyevə bütün digər dövlət xərclərini ödəmək üçün 42 milyard dollar lazımdır.

Komitə sədrinin sözlərinə görə, sentyabrın sonu – oktyabrın əvvəlində Rada bu ilin büdcəsində müdafiə xərclərini yenidən artırmağa hazırlaşır.

Bundan əvvəl ölkənin Baş naziri Denis Şmıqal 2023-cü ildə büdcənin hərbi xərclərinin 48.7 milyard dollara çatacağını bildirmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər