Ukraynada dekabrın 5-də genişmiqyaslı hava xəbərdarlığı elan olunub.
Vətəndaşlara raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edilir.
Hazırda Ukraynanın əksər bölgələrində həyəcan siqnalı çalınır.
Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram səhifəsində isə yazıb: “Həyəcan siqnalına məhəl qoyun, biz cavab verəcəyik”.
Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Mixail Podolyak vətəndaşlardan sığınacaqlara getməyi və həyəcan siqnallarına laqeyd qalmamağı xahiş edib.