Ukraynada hərbi vəziyyət daha bir ay uzadıldı

Ukrayna Ali Radası bu gün Prezident Volodimir Zelenskinin Ukraynada hərbi vəziyyətin uzadılması təklifini dəstəkləyib. Hərbi vəziyyət ən azı 2022-ci il mayın 25-dək qüvvədə olacaq.

300 deputat Volodimir Zelenskinin imzası ilə daxil olan qanun layihəsinin lehinə səs verib.

Sənəddə Ukraynada hərbi vəziyyətin aprelin 25-dən 30 gün müddətinə uzadılması nəzərdə tutulur. Beləliklə, bu il mayın 25-dək hərbi vəziyyət qüvvədə olacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər