15 C
Baku
Tuesday, October 21, 2025

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik müddətinin 2026-cı il fevralın 3-dək daha 90 gün uzadılmasını dəstəkləyib.

Hərbi vəziyyətin uzadılmasını 317 deputat dəstəkləyib (1 nəfər əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb), səfərbərlik qərarının lehinə isə 315 deputat səs verib (1 nəfər əleyhinə, 2 nəfər bitərəf qalıb).

Bu, 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı təcavüzünün başlamasından bəri artıq 17-ci dəfədir uzadılır.

Qeyd edək ki, səfərbərlik Ukrayna iqtisadiyyatının və Silahlı Qüvvələrinin hərbi vəziyyət və ya xüsusi dövr şəraitində fəaliyyət göstərməsinə planlı keçidi nəzərdə tutur. Bu tədbir xarici təcavüzün dəf edilməsi və dövlətin müdafiə qabiliyyətinin təmin olunması məqsədi daşıyır.

Səfərbərliyə hərbi xidmətə yararlı, möhlət hüququ olmayan və ehtiyatda saxlanılmayan, 25–60 yaşarası hərbi mükəlləfiyyətli kişilər cəlb olunurlar.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər