Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti 90 gün uzadılıb.
Bu barədə Ukrayna Ali Radası qərar qəbul edib.
Bildirilib ki, hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti 2023-cü ilin noyabrın 15-dək qüvvədə olacaq.
Beləliklə, müharibə başlayandan bəri Ali Rada səkkizinci dəfə hərbi vəziyyət və səfərbərlik barədə qərar qəbul edib.
Xatırladaq ki, ilk dəfə müharibə başlayan gün – 2022-ci ilin fevralın 24-də Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik barədə qərar qəbul edilib.
Hərbi vəziyyətlə əlaqədər olaraq həmçinin parlament seçkilərinin keçirilməsi də təxirə salınıb. Parlament seçkilərinin bu ilin oktyabrında keçiriləcəyi proqnozlaşdırılmışdı.