17 C
Baku
Friday, October 18, 2024

Ukraynada iqtisadi artım üçün işçi çatışmazlığı var

“Ukraynada iqtisadi artım üçün 4,5 milyon işçi çatışmayacaq”.

Bunu ölkənin iqtisadiyyat nazirinin müavini Tatyana Berejnaya bildirib.

“Müharibə, ukraynalıların xaricə getməsi və daxili miqrasiya ilə əlaqədar Ukraynada kadr çatışmazlığı və struktur işsizlik yaranıb”, – deyə nazir müavini əlavə edib.

Rəsmi vurğulayıb ki, 2021-ci ildə əmək bazarında 11,5 milyon işçi var idisə, 2023-cü ildə bu rəqəm 9 milyona qədər azalıb.

“İlkin hesablamalara görə, 2030-cu ilə qədər ÜDM-in illik 7% artımını təmin etmək üçün bizə 4,5 milyon əlavə işçi lazımdır”, – o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər