Ukraynada hərbçilər Rusiya Silahlı Qüvvələrinin İran istehsalı olan “Mohajer-6” hücum pilotsuz təyyarəsini endirməyə nail olublar.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Budur, Odessaya hücumu koordinasiya etmək üçün bir neçə gün əvvəl buraxılan İranın “Mohajer-6” pilotsuz təyyarəsi”, – məlumatda deyilir.
Pilotsuz uçan aparat kəşfiyyat, müşahidə, kəşfiyyat və atəş nöqtələrini məhv etmək üçün nəzərdə tutulub. PUA dəqiqliklə idarə olunan dörd sursat daşıya bilir.
“Mohajer-6”nın maksimal uçuş çəkisi 600 kq, faydalı yükü 100 kq və uçuş məsafəsi 200 km-dir. Uçuş müddəti 12 saat olan PUA-nın maksimal hündürlüyü isə 5400 metrdir.