10 C
Baku
Thursday, December 12, 2024

Ukraynada kişilərin ölkədən çıxışına nəzarət gücləndirilir

Ukraynada hərbi vəziyyət dövründə kişilərin xaricə getməsinə nəzarəti gücləndirəcəklər. 

Bu barədə “RBC-Ukrayna”ya Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko bildirib.

Demçenko bildirib ki, kifayət qədər böyük sayda ukraynalı saxta sənədlərlə sərhədi keçməyə çalışır. Bununla bağlı Ukrayna sərhədçiləri ilə Müdafiə Nazirliyi arasında əməkdaşlığın qurulması nəzərdə tutulur ki, onların ölkədən qeyri-qanuni çıxışının qarşısını almaq üçün hərbi xidmətə cəlb olunanlar haqqında məlumat mübadiləsi aparılsın.

Qeyd edək ki, Ukraynada yaşı 18-dən 60-a qədər olan kişilərin hərbi vəziyyət dövründə ölkədən çıxması qadağandır.

Son xəbərlər
Digər xəbərlər