Ukrayna Ali Radası üç istirahət günü – 1 və 2 may Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü və 9 may Qələbə Gününü ləğv etmək niyyətindədir.
SalamNews-un UNİAN-a istinadla verdiyi xəbərə görə, bu barədə parlamentdə qeydiyyata alınan, bu gün isə profilli komitəyə baxılması üçün göndərilən “Ukraynanın bəzi qanunverici aktlarına dəyişikliklər barədə” (bayram və istirahət günlərinin ixtisarına dair) №4722 qanun layihəsində söylənilir.
Ukraynalı deputatlar, bundan başqa, dövlət bayramı şənbə və ya bazar gününə düşdükdə bazar ertəsinin əlavə istirahət günü olması barədə qanunun ləğvini təklif edirlər.