19 C
Baku
Cümə axşamı, May 26, 2022

Ukraynada münaqişənin alovlanmasında ABŞ və Rusiya deyil, digər 2 güc mərkəzi maraqlıdır

“UA Policy” saytında ukraynalı politiloq Konstantin Bondarenko Rusiyanın Ukraynaya hücüm edib-etməyəcəyinə dair iddialar və formalaşmış gərginliyə qeyri-standart yanaşma təklif edərək müxtəlif qlobal oyunçuların bu böhranla bağlı mövqe və maraqlarını aydınlaşdırmağa çalışır. Onun fikrincə, yeni müharibə nə Moskvanın, nə də Vaşinqtonun marağındadır. Bondarenko hesab edir ki, əslində Bayden və Putin razılığa gəlmək və yeni oyun qaydalarını müəyyənləşdirmək üçün əlverişli şərait yaratmağa çalışırlar: ABŞ-nin əsas strateji rəqib kimi Çini görməyi də məhz buna nail olmağa vadar edir. Həmçinin, panikanı və müharibə gözləntilərini maksimum qədər şişirtmək siyasəti ciddi iqtisadi məqsədləri: qlobal iqtisadiyyatın getdikcə böhran vəziyyətini mümkün qədər ABŞ-nin maraqlarına uyğun şəkildə yönləndirmək və aktivlərin təzədən bölgüsünü həyata keçirməyi nəzərdə tuta bilər. Beləliklə, müəllifin fikrincə, Vaşinqton və Moskva arasında hərbi münaqişə gözləmək ağılsızlıqdır və Ukrayna bu tamaşada daha çox bəhanə rolunu oynayır. Lakin bu, Ukrayna ətrafında həqiqətən böyük beynəlxalq münaqişənin alovlanması ehtimalının olmaması anlamına gəlmir.

Bondarenko hesab edir ki, belə bir gedişatda ən azı iki böyük güc maraqlıdır- Pekin və London. Pekin düşünür ki, Rusiya “kollektiv Qərbə” qarşı açıq mübarizəyə girərək ondan tam uzaqlaşdığı və Qərbin siyasi-iqtisadi məkanına çıxışından məhrum olunduğu halda tamamilə Pekin tərəfinə keçmək və qlobal dominantlıq uğrunda oyunda onun tərəfdaşına çevrilməli olacaq. Bu halda Çin Qərbə qarşı olduqca əhəmiyyətli bir kozır əldə etməyə ümid edir. Digər tərəfdən, indiki Böyük Britaniyanın öz qlobal güc statusunu və hər hansı bir statusda Britaniya İmperiyasını bərpa etmək niyyətinə malik olması iddia olunur. Üç əsas güc mərkəzindən hərbi-siyasi potensial baxımından geridə qalan London üçün ən əlverişli ssenari, onların qarşılıqlı mübarizədə bir-birinin güclərini tükətməsi ola bilər. Müəllif Britaniya medialarının və digər strukturlarının Ukrayna münaqişəsi perspektivini bu qədər dramatik şəkildə təqdim etmələrini məhz həmin planlarla əlaqələndirir.

MənbəTopcenter
Son xəbərlər
Oxşar xəbərlər