12 C
Baku
Tuesday, November 19, 2024

Ukraynada ötən il büdcədən orduya xərclənən vəsaitin həcmi açıqlanıb

Ali Radanın vergi komitəsinin rəhbəri Danil Qetmantsev Ukraynanın 2022-ci il dövlət büdcəsindən Silahlı Qüvvələr üçün xərclənən vəsaitin həcmini açıqlayıb.

Bu barədə o, teleqramda yazıb.

Danil Qetmantsevin istinad etdiyi Dövlət Xəzinədarlığının məlumatına görə, xərclərin məbləği 1 trilyon qrivna təşkil edib. Fevralın 24-dən etibarən 1003.5 milyard qriven (27.3 milyard ABŞ dolları) və ya dövlət büdcəsinin ümumi fondunun göstərilən dövr üçün bütün xərclərinin 45%-i Ukrayna hərbçilərinin maaşlarının ödənilməsinə, ordu üçün mal və xidmətlərin alınmasına sərf edilib.

2022-ci il ölkənin təhlükəsizliyi və müdafiəsi üçün ümumi xərclər daha çox olub – 1536.6 milyard qrivna (41.8 milyard ABŞ dolları) və ya 2022-ci il üçün büdcə xərclərinin 57%-i.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər