26 C
Baku
Saturday, July 27, 2024

Ukraynada Polşa vətəndaşları üçün xüsusi təminatlar haqqında qanun layihəsi qəbul edilib

Ukrayna Ali Radası Polşa vətəndaşlarına hüquqi və sosial təminat verib.

Bu barədə parlamentin deputatı Yaroslav Jeleznyak (“Səs” fraksiyası) teleqram kanalında məlumat verib.

Qanun layihəsi Polşa vətəndaşlarına və onların ailələrinə 18 ay müddətində Ukrayna ərazisində qalmaq imkanının verilməsini təklif edir.

Layihəyə əsasən, polyaklar Ukrayna vətəndaşları kimi bütün hüquq və azadlıqlardan – əcnəbi işçi qüvvəsindən istifadə üçün xüsusi icazə olmadan işləmək, vergi ödəyicisi kimi dövlət qeydiyyatı almaq, bizneslə məşğul olmaq, təhsil və tibbi yardım almaqdan istifadə edə biləcəklər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər