2 C
Baku
Wednesday, February 11, 2026

Ukraynada prezident seçkiləri mayın 15-dək keçirilə bilər

Ukrayna Rusiya ilə sülh razılaşması üzrə referendum və prezident seçkilərinin keçirilməsini planlaşdırmağa başlayıb. Hər iki səsvermə 15 maya qədər baş tutmalıdır. Bu barədə mənbələrə istinadən “Financial Times” (FT) məlumat yayıb.

Qəzetin yazdığına görə, bu addım münaqişəni artıq yazda başa çatdırmaq məqsədilə ABŞ administrasiyasının təzyiqi fonunda atılıb.

Nəşr qeyd edir ki, Ukrayna prezidenti Volodimir Zelenski referendum və seçkilərin keçirilməsini 24 fevralda elan edə bilər. Onun ətrafı səsverməni prosesin maddi-texniki təminatı ilə bağlı çətinliklərə baxmayaraq maksimum qısa müddətdə təşkil etməyə hazır olduğunu bildirib. Bundan əlavə, FT-nin məlumatına görə, Ukrayna parlamenti mart və aprel aylarında hərbi vəziyyət dövründə seçkilərin keçirilməsinə imkan verən qanunvericilik dəyişikliklərini işləyib hazırlayacaq.

Volodimir Zelenskinin prezident səlahiyyətlərinin rəsmi olaraq 20 may 2024-cü ildə başa çatdığı bildirilir, lakin Kiyev növbəti seçkiləri keçirməyib və bunu hərbi vəziyyət başa çatana qədər mümkün hesab etmədiyini açıqlayıb. Zelenski dəfələrlə prezident seçkilərini keçirməyə hazır olduğunu desə də, bunun üçün qanunvericilik dəyişikliklərinə və təhlükəsizlik təminatına ehtiyac olduğunu vurğulayıb ki, hərbçilər də səs verə bilsinlər. O, parlamentdən müvafiq qanun dəyişikliklərini hazırlamağı, ABŞ və Avropadan isə səsvermənin təhlükəsizliyini təmin etməyi xahiş edib.

Son xəbərlər
Digər xəbərlər