Fevralın 21-də gecə Ukraynanın qərbində Lvov şəhərində Rusiya Sberbank-ının ofisi yandırılıb.
Yerli ZIK telekanalının məlumatına görə, naməlum şəxslər bankın ofisinə əldqayırma bombalar atıblar.
Digər ofisdəki yanğın isə dərhal söndürülüb.
Fevralın 20-də isə millətçilər Kiyevdə iki Rusiya bankının ofislərinin pəncərələrini sındırıb, mebelləri, digər avadanlığı qarət edib.
Bu arada minlərlə ukraynalı Maydan hərəkatının ikinci ildönümünü qeyd edib. Həmin hərəkat rusiyapərəsət prezident Viktor Yanukovych-in devrilməsilə nəticələnib.
Azadliq.org