6 C
Baku
Sunday, December 15, 2024

Ukraynada Rusiyanın 700 mln. dollarlıq qanadlı raketi məhv edilib

Rusiya oktyabrın 31-də səhər saatlarında Ukraynaya atdığı raketlərə görə 400 dollardan 700 milyon dollaradək vəsait itirib.

Bu barədə “Ukraina seyças” məlumat yayıb.

Bildirilib ki, bu gün Rusiya Ukraynaya 50-dən çox “Х-101” və “Х-555” qanadlı raketləri atıb. “X-101”in birinin qiyməti 13 milyon dollar, “X-555”in qiyməti isə 7.5 milyon dollardır.

Qeyd olunub ki, səhər atılan raketlər Rusiyanın Novosibirsk və ya Yekaterinburq şəhərlərinin illik büdcələrinin yarısıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər