12 C
Baku
Wednesday, December 11, 2024

Ukraynada Rusiyanın adının dəyişdirilməsi ilə bağlı petisiya başladılıb

Ukraynada Rusiya adının “Moskoviya” olaraq dəyişdirilməsinə çağırışla bağlı petisiya başladılıb.

Sözügedən petisiya Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında yerləşdirilib.

Petisiyada “Rusiya” adının rəsmi olaraq “Moskoviya”, “rusiyalı” termininin isə “moskvalı” kimi dəyişdirilməsi təklif olunur.

Petisiyanın müəllifi hesab edir ki, dövlətin adının rəsmi olaraq dəyişdirilməsi beynəlxalq səviyyədə güclü informasiya gedişidir.

Qeyd edək ki, cari ilin yanvar ayında Kiyev Şəhər Şurasında Rusiyanın adının “Moskoviya” olaraq dəyişdirilməsi təklif edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər