Ukraynada Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petrunin öldürülüb.
Bu barədə “InformNapalm” beynəlxalq könüllülər birliyi və Rusiyanın təbliğat nəşrlərindən bildirilib.
Qeyd olunub ki, o, Samaranın hərbi komendantı olub, həmçinin Çeçenistan və Suriyada döyüşüb.
Xatırladaq ki, daha əvvəl Rusiya ordusunun daha bir yüksəkrütbəli zabiti, motoatıcı batalyonun komandiri, mayor Ruslan Petruxin zərərsizləşdirilmişdi.