“Biz Ukrayna Kommunist Partiyasının qadağan olunması haqqında məhkəmənin, apellyasiya məhkəməsinin qərarını ötən həftə almışıq”.
Bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyusk mayın 17-də bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə Ukraynada kommunist ideologiyası, simvollarının qadağan olunması haqqında qanun qəbul edilib: “Ancaq bu da Kommunist Partiyasının bağlanmasını sürətləndirməyə yardım etmədi. 2015-ci ildən başlayan 7 illik məhkəmə prosesi artıq keçmişdir”.
Məlumata görə, mayın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski “rusiyayönümlü” partiyaların qadağan olunması haqqında qanunu imzalayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, “Həyat uğrunda – Müxalifət platforması”, Şari Partiyası, “Bizim”, “Müxalifət bloku”, “Sol Müxalifət”, Sol Qüvvələr Birliyi, “Dövlət”, Ukrayna Sosialist Tərəqqi Partiyası, Ukrayna Sosialist Partiyası, “Sosialistlər” və “Vlaidimir Saldo bloku” rusiyayönümlü təşkilatlar siyahısına daxil edilib.