12 C
Baku
Saturday, November 23, 2024

Ukraynada Şərqi Avropanın ən böyük Külək Elektrik Stansiyası inşa ediləcək

Şərqi Avropanın ən böyük Külək Elektrik Stansiyası Ukraynada işə salınacaq, layihə 2025-ci ilin sonuna qədər hazır olmalıdır.

Bu gün Avropa Komissiyası, həmçinin Ukrayna və Danimarka hökumətləri tərəfindən dəstəklənən “Tiliqul” Külək Elektrik Stansiyasının tikintisinin başa çatdırılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Bu sənəd Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson və Ukraynanın energetika naziri Qerman Qaluşenkonun iştirakı ilə imzalanıb.

Külək stansiyasının gücü 500 meqavat, ümumi investisiya həcmi isə 650 milyon avronu keçəcək. Elektrik stansiyası ildə təxminən 1.7 TVt/saat elektrik enerjisi istehsal etmək gücündə olacaq.

Ukrayna şirkəti ikinci fazanın tikintisinə 2024-cü ilin ikinci rübündə başlamağa hazırdır və onu 2025-ci ilin sonuna qədər başa çatdırmağı planlaşdırır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər