-1 C
Baku
Friday, March 1, 2024

Ukraynada taxıl maqnatı həlak oldu

İyulun 31-nə keçən gecə Rusiyanın Ukraynanın Nikolayev şəhərinə endirdiyi raket zərbələri nəticəsində ukraynalı iş adamı Aleksey Vadaturski həlak olub.

Bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim öz teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, ölkənin ən böyük taxıl ticarəti şirkəti “Nibulon”un təsisçisi və sahibi A. Vadaturski həyat yoldaşı ilə birlikdə evinə mərmi düşməsi nəticəsində ölüb.

Ukrayna Prezidenti Volodimir Zelenski Vadaturskinin ölümünü “bütün Ukrayna üçün böyük bir itki” adlandırıb.

Qeyd edək ki, “Forbes” jurnalı oliqarxın sərvətini 0,5 milyard dollar həcmində qiymətləndirib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər