4 C
Baku
Friday, February 23, 2024

Ukraynada torpaq alış-verişinə icazə veriləcək

Ukraynada 1 iyul 2021-ci il tarixindən torpaq alış-verişinə icazə verən qanun ölkə prezidenti tərəfindən imzalanıb.

Qanuna görə 2024-cü ilədək yalnız fərdi şəxslər hərəyə 100 hektaradək, 2024-cü ildən sonra isə həm də hüquqi şəxslər hərəyə 10 min hektaradək torpaq sahəsi satın ala bilərlər.

Bununla yanaşı, əcnəbilər, vətəndaşlığı olmayanlar, habelə hüquqi şəxslər kənd təsərrüfatı təyinatlı torpaqların sahibi olan hüquqi şəxslərdə pay sahibi ola bilməzlər.

Bu qanunun qəbulunu bütün ukraynalılar üçün tarixi addım olduğunu bildirən prezident Vladimir Zelenski ölkəsinin bu hadisəni müstəqilliyi bərpa olunandan gözlədiyini dilə gətirib.

©Report

Son xəbərlər
Digər xəbərlər