8 C
Baku
Sunday, November 17, 2024

Ukraynada yeganə fəaliyyət göstərən duz zavodu satışa çıxarılıb

Ukraynada yeganə fəaliyyət göstərən Droqobiç duz zavodunun adı özəlləşdirmə siyahılarına daxil edilib.

Bu barədə ölkənin Dövlət Əmlak Fondu öz feysbuk səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, Droqobiç duz zavodu Ukraynanın ən qədim müəssisəsidir və 700 ildən artıqdır ki, orijinal orta əsr texnologiyasından istifadə edərək duz qaynatmaqda davam edir:

“İndi Ukraynada yemək duzunun yeganə istehsalçısıdır. Bu gün bu müəssisə təkcə sənaye sahəsi deyil, həm də rayonda turizmi inkişaf etdirən məkandır”.

Bildirilib ki, bu gün obyekt artıq özəlləşdirməyə hazırlanır. Fond bu qərarını duz zavodunun inkişafa ehtiyacı olması ilə izah edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər