14 C
Baku
Saturday, November 23, 2024

Ukraynadakı hərbi əməliyyatlar Yaponiyada topdan satış qiymətlərinin artmasına səbəb olub

Ukraynada davam edən hərbi əməliyyatlar fonunda aprel ayında Yaponiyada topdan satış qiymətlər rekord səviyyədə artıb.

Bu barədə Yaponiya Mərkəzi Bankının mayın 16-da dərc etdiyi məlumatda qeyd edilib.

Bildirilir ki, aprel ayında ölkə üzrə topdan satış qiymətlər 10 faiz artıb və bu, 1981-ci ilin yanvarından bəri ən yüksək göstəricidir. Yerli analitiklərin rəyinə görə, Ukraynadakı vəziyyətlə əlaqədar enerjidaşıyıcılarının və xammalın qiymətinin artması buna səbəb olub.

Əlavə edilir ki, həmin göstərici Yaponiyada 14 aydır fasiləsiz olaraq artmaqda davam edir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər