13 C
Baku
Şənbə, May 21, 2022

Ukraynadakı müharibə Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

Xatırladaq ki, Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində iki ölkə arasında kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid 6 sənəd imzalanıb. Pandemiyanın qlobal səviyyədə davam etdiyi bir dövrdə iki ölkə arasında iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edib. Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi keçən il 20 faiz artaraq 1 milyard dollara yaxınlaşıb.

Cari ilin yanvarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 235 milyon 532 min dollar olub. Ümumi dövriyyəyə nisbətən 5.80% təşkil edir. Ötən ay Ukrayna Azərbaycanla ticarət dövriyyəsinə görə İtaliya və Türkiyədən sonra üçüncüdür.

Onu da bildirək ki, ötən ay Azərbaycan neftinin ikinci ən böyük alıcısı Ukrayna olub. Belə ki, təkcə yanvar ayında Ukrayna 336 min 716 ton Azərbaycan nefti alıb. Azərbaycandan Ukraynaya ümumi dəyəri 196 milyon ABŞ dolları olan 451 min ton xam neft göndərilib.

Azərbaycandan ötən ay MDB ölkələri üzrə ixracın dəyəri 286 milyon 597 min dollar olub ki, bunun da 199 milyon 801 min dolları Ukraynadan olub. Yanvarda Azərbaycana Ukraynadan idxalın dəyəri isə 35 milyon 730 min dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 88,8 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, İsrail, Ukrayna, Gürcüstan, Xorvatiya,
Hindistan, Birləşmiş Krallıq, İspaniya, Portuqaliya, Tunis, ABŞ, İsveçrə, İran, Yunanıstan, Belarus, Çexiya, Yaponiya və Braziliya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

2021-ci ildə ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 4 faizi Ukraynanın payına düşüb. İxracın 2 faizini Ukraynaya göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər