“Ukraynadakı münaqişəyə son qoyulması enerji böhranının həllinə kömək edəcək”.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişəyə son qoymaq qida və enerji sektorlarında böhranlardan çıxmaq üçün ən yaxşı yoldur:
“Ərzaq və enerji böhranlarını aradan qaldırmağın ən yaxşı yolu Rusiyanı Ukraynadakı hərbi əməliyyatını dayandırmağa və BMT nizamnaməsinə hörmət etməyə məcbur etməkdir. G20 sammitindən də Rusiyaya təzyiqi artırmaq üçün istifadə edilməlidir”.