29 C
Baku
Sunday, June 26, 2022

Ukraynadakı Rusiya əsirlərinin sayı açıqlanıb

Ukraynada əsir götürülən Rusiya əsgərlərinin sayı 600 nəfərə yaxındır.

Bu barədə “RBK-Ukraina” Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzinə istinadən xəbər verir.

Baş nazirin müavini, reinteqrasiya naziri İrina Vereşuk məlumatı təsdiqləyib. “Biz ümumi rəqəmlərdən danışırıqsa, hazırda onların sayı 600-ə yaxındır. Bilirsiniz, biz beynəlxalq hüquq normalarına uyğun olaraq onlar üçün xüsusi düşərgə tikməliyik”, – o deyib.

O, həmçinin qeyd edib ki, bu gün rəsmi şəxslərin iştirakı ilə keçirilən görüşdə çoxsaylı məhbusların məsələsi müzakirə olunub.

“Biz Rusiyanı Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlarının məhbuslarımızla görüməsinə atmasına necə məcbur etmək, Rusiyanı 2014-cü ildən Donetsk və Luqansk vilayətlərinin ərazisində olan məhbusları, o cümlədən qadınların bir qisminin azad olunmasına məcbur etmək barədə danışdıq”, – Vereşuk əlavə edib.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər