5 C
Baku
Saturday, December 14, 2024

Ukraynadan 12 mln. tona yaxın taxıl ixrac olunub

“Taxıl sazişi” çərçivəsində indiyədək Ukrayna limanlarından 12 milyon tona yaxın taxıl ixrac olunub”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O, prosesin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub. Noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər