“Taxıl daşınması sazişi” çərçivəsində Ukraynadan 7 milyon tondan çox taxıl daşınıb.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzinin fəaliyyəti uğurla davam edir.