19 C
Baku
Sunday, May 5, 2024

Ukraynadan Avropaya nəql olunan tranzit qazın həcmi tarixi minimuma düşüb

“Rusiya təbii qazının Ukrayna ərazisindən tranzit yolla Avropaya ötürülməsi tarixi minimum həddədir”.

Bu barədə Ukraynanın Qaz Nəqliyyatı Sistemi Operatoru məlumat yayıb.

Şirkət hesab edir ki, Rusiya Avropaya böyük həcmdə təbii qazı alternativ marşrutla nəql edə bilər. Hazırda “Qazprom” şirkəti qazın sutkalıq tranzit nəqli üçün imkanlarının 7/1 hissindən istifadə edir, bu da 334 milyon kub metr qaz deməkdir.

Məlumata görə, iyunun ortalarında Rusiya “Şimal axını -1” qaz kəməri vasitəsi ilə təbii qazın nəqlini 40 % azaldıb. “Qazprom” iyulun 11-21-də təmirlə əlaqədar bu kəmərlə Avropaya qazın verilməsini tamamilə dayadıracaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər