27 C
Baku
Saturday, July 20, 2024

Ukraynadan Azərbaycana süd məhsullarının idxalı artıb

Ukrayna Azərbaycana süd məhsullarının ixracını artırıb.

Bu barədə “Ukrayna Aqrar Biznes Klubu” Assosiasiyası məlumat yayıb.

2023-cü ilin fevral ayında 3.8 milyon dollar məbləğində 786 min ton ixrac edilib. Ötən ay ən çox Ukrayna pendiri idxal edən ölkələr Qazaxıstan (59.8%), Moldova (19.7%), İordaniya (5.3%), Azərbaycan (4.7%) olub.

Qeyd edilir ki, Ukrayna ümumilikdə süd məhsullarının ixracını iki dəfə artırıb. Ölkə 2023-cü ildə keçən ilin eyni dövrü ilə müqayisədə 55% çox süd məhsulları ixrac edib. Yanvar-fevral aylarında 16.4 min ton süd məhsulları ixrac olunub.

Təkcə son iki ayda 1.3 min ton məhsul ixrac edilib ki, bu da əvvəlki ilə müqayisədə 49 faiz çoxdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər