Bu gün səhər saatlarında taxıl daşıyan daha üç gəmi Ukrayna limanlarını tərk edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat paylaşılıb.
Xatırladaq ki, iyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukrayna limanlarının blokdan çıxarılmasına dair saziş imzalanıb.