-1 C
Baku
Sunday, December 15, 2024

Ukraynadan dünya ölkələrinə ixrac olunan taxılın miqdarı 14 milyon tonu keçib

“İndiyədək Ukraynadan dünya ölkələrinə ixrac olunan taxıl miqdarı 14 milyon tonu keçib”.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ukraynadan taxılın ixracı davam edir: “Bu günə kimi taxıl yüklü 556 gəmi Ukrayna limanlarından çıxıb. 560 gəmi isə çatdırılması üçün Ukrayna limanlarına gedib”.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Oktyabrın 29-da Rusiya hakimiyyəti Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “taxıl sazişi”ndən çıxdığını elan etmişdi.

Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin bərpa olunduğunu bəyan edib və Türkiyənin Rusiya ilə danışıqları nəticəsində yenidən Ukraynanın ixracı sabitləşib.

Son xəbərlər
Digər xəbərlər